2018-ci ildə Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçunun adı açıqlanıb.

Unikal.org xəbər verir ki, “Sambafoot” tərəfindən aparılan sorğuda “Liverpul”un hücumçusu Roberto Firmino bütün həmyerlilərini qabaqlayıb. O, səslərin 21,79 faizini toplamaqla qalib olub. 27 yaşlı forvarda “Samba Gold” mükafatı təqdim olunub.

Firminodan sonrakı yerləri Madrid “Real”ının müdafiəçisi Marselo (20,51) və PSJ-nin hücumçusu Neymar (18,67) tutub.