"Qarabağ"ın futbolçusu Yakub Jezniçak vətəni Polşada badminton turnirinə qatılıb.

Unikal.org xəbər verir ki, 33 yaşlı müdafiəçi ölkədaxili keçirilən yarışın qalibi olub.

Fotosunu "instagram" hesabından paylaşan Jezniçak "kolleksiyam üçün növbəti kubok"  yazıb.

Jezniçak 2017-ci ildə “Legiya”dan "Qarabağ"a transfer olunub.