Yanvarın 3-də Tovuz Rayon Abulbəyli kənd sakini Qabil Bayramovun “Mersedes” markalı avtomobilinin kənd ərazisində qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub.

Unikal.org DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Gədəbəy rayonu istiqamətində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin zərərçəkənin qonşusu, əvvəllər məhkum olunmuş Elvin Mehdiyevin olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.