AFFA-nın Azərbaycan millisinin baş məşqçi postu üçün İqor Tudora təklif göndərdiyi xəbəri yayılıb.

Unikal.org xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Xəbərdə bildirilir ki, hazırda işsiz olan Tudor, Azərbaycan millisinin “sükanı arxasına” keçməyə müsbət yanaşıb.

40 yaşlı xorvat mütəxəssisin son iş yeri “Udineze” klubu olub.

Tudordan əvvəl AFFA-nın Slavan Biliçlə danışıqlar apardığı, lakin xorvat mütəxəssissin Azərbaycan millisi ilə hansısa hədəfə çata bilməyəcəyini düşündüyü üçün təklifi rədd etdiyi deyilir.