İran Atlantik okeyanın ABŞ sahillərinə döyüş gəmiləri göndərəcəyini açıqlayıb. 

Unikal.org Reuters-a istinadən xəbər verir ki, İran Dəniz Qüvvələrinin İkinci Komandirliyinin yaydığı hesabatda bildirilir ki, cənub qonşumuz mart ayından etibarən Atlantik Okeanının qərbinə döyüş gəmilərini göndərəcək. Hərbi ekspertlər İranın bu addımını ABŞ-ın Fars körfəzinə hərbi gəmiləri yerləşdirməsinə cavab kimi qiymətləndirirlər. 

Rəsmi Vaşinqtonun İranın bu açıqlamasına necə cavab verəcəyi hələ bilinmir.