Qazaxıstanda 23 yaşlı gəncin ermənilər tərəfində öldürülməsi etirazlara səbəb olub. Hadisə ilə əlaqədar Karakandi vilayətinin giriş yolu bağlanıb.

Unikal.org xəbər verir ki, yerli KİV-lərdə ermənilərin törətdiyi vəhşiliyin bütün qazax millətinə qarşı yönəldiyi vurğulanır, sosial şəbəkələrdə etiraz videoları paylaşılır.

"Youtube" sosial şəbəkəsində paylaşılan videolarda yerli sakinlərin ermənilərə məxsus kafe və restoranları bağladığı görünür. Hazırda vilayətdə təhlükəsizlik tədbirləri gücləndirilib. 

Xatırladaq ki, Qazaxıstanın Karakandi vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü erməni əsillidir. Cinayəti törədən şəxslər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib.