Ötən ilin dekabr ayının 9-da baş tutan növbədənkənar seçkilərdən sonra formalaşan Ermənistan Parlamentinin ilk iclası yanvar ayının 14-də keçiriləcək.

Unikal.org Ermənistan mətbuatına istinadən bildirir ki, parlamentin ilk iclasında ölkənin yeni baş naziri seçiləcək.
Ermənistan Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, parlamentin ilk iclasından əvvəl seçicilərin 70%-nin səsini alan "Mənim addımım" blokundan 16 nəfər, "İşıqlı Ermənistan" blokundan isə 2 nəfər millət vəkilliyindən imtina etdiklərini bildiriblər. Onların arasında "Mənim addımım" blokunun lideri, Ermənistanın baş naziri Nikol Paşinyan da var. Millət vəkiliyindən imtina edənlər hazırda hökumətdə nazir, qubernator vəzifələrini icra edənlərdir.