Aparıcı və aktyor İlkin Həsəni və rejissor Kənan MM arasında qalmaqal yaşanıb.

Unikal.org-un məlumatılna  görə, buna  rejissorun Feysbuk sosial şəbəkəsində yazdığı status səbəb olub. Kənan statusunda yazdığı şərhdə İlkin Həsəninin müəllifi olduğu   layihələrə   "sataşıb": "Sizi Fəlakətlər, Bozbaşlar gözləyir, hələ görəcəyiniz günlər qabaqadadır."

Bu şərhdən sonra sosial şəbəkədə tərəflər arasında söz atışması başlayıb. İlkin Həsəni onun bu şərhini  cavabsız qoymayaraq Kənan MM-nin rejissor kimi fəaliyyətini tənqid edib: "Bayaq gördüm ki, Khatai status yazıb, baxdım gördüm nə? 2014-də ilk filmimizin içinə şey eliyən, nədi onun adı, öz imzasını atan Kenan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai məni qabaqlayıb .Kənan yaxşı oğlandır, inşallah tezliklə yaxşı rejissor da olar!"

Tərəflər arasında söz atışmasına dostları da qoşulub.