Bakıda qadın ehtiyatsızlıqdan yanaraq ölüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1952-ci il təvəllüdlü Quliyeva Bənövşə Xalıqverdi qızı yaşadığı evin həyətində dəmirdən olan odun sobasını yandırmaq üçün sobaya ağ neft töküb. Qadın sobanı yandırarkən əlindəki neft qabı da alışıb və qadının üzərinə tökülüb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.