Yanvarın 5-də həyata keçirilməli olan Soçi-Bakı-Soçi aviareysi ləğv edilib.

Unikal.org xəbər verir ki, bu barədə azərtac Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadan xəbər yayıb. “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 21:20-də “U6 2663” saylı Soçidən Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 22:20-də Bakıdan Soçiyə olan “U6 2664” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Soçi-Bakı-Soçi aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.