Paytaxtın Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Suraxanı-Zığ şossesində "Tosoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək qarşıdan gələn "BMW" ilə toqquşub. Nəticədə "Mercedes" markalı maşının gənc sürücüsü hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə Suraxanı rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları gəlib. 

Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu