Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında məktəbliləri daşıyan avtobus dərəyə düşüb.

Unikal.org-un məlumatına görə, 7 nəfər həlak olub.

Həlak olanlardan 6-ı məktəblidir. Daha 8 məktəbli isə xəsarət alıb.

Qeyd olunur ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.