Yol polisinin əməkdaşı ağır vəziyyətdə yolda qalan hamilə qadının və körpəsinin həyatını xilas edib. 

Unikal.org-un məlumatına görə, olay Cəlilabad rayonunda baş verib. Rayon ərazisində xidmət aparan Yol patrul xidmətinin əməkdaşı, baş çavuş Sadiq Səfərov yol kənarında hərəkətsiz halda dayanmış "VAZ 2106" markalı avtomobilin sürücüsünə yaxınlaşaraq onun dayanma səbəbini soruşub. Məlum olub ki, avtomobildəki hamilə qadını xəstəxanaya aparmaq istəyən sürücü yolu tapa bilmir. Dərhal sürücüyə bələdçilik edən Yol patrul xidmətinin əməkdaşı xəstəni yaxınlıqda yerləşən xəstəxanaya çatdırıb.

Gülnar Quliyevaya vaxtında ilkin tibbi yardım göstərildiyindən övladının tələf olmasının qarşısı alınıb.