Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları Buket Yıldız və Zeynəb Hüsünbeyini qətlə yetirən şəxs saxlanılıb.
Unikal.org T
ürkiyə mətbuatına istinadən xəbər verir ki, tələbə qızların qatili Hüsnü Can İstanbulda məzarlıqda ələ keçirilib. Baxış zamanı onun üstündən tapança və bıçaq götürülüb.

Qeyd edək ki, Hüsnü Can yanvarın 2-də səhər saatlarında B.Yıldızın evdə olmamasından istifadə edərək, onun yaşadığı mənzilə daxil olub. Qız evə gələn zaman H.Can onu öldürüb. Daha sonra izi itirmək üçün Zeynəb Hüsünbeyini də qətlə yetirib. Cinayətkar yanvarın 3-də axşam saatlarında Türkiyəyə qayıdıb. 

İlkin araşdırma zamanı məlum olub ki, "Rinkov" ləqəbilə tanınan Hüsnü Can Buket Yıldızın keçmiş sevgilisidir.