Aktrisa Ezgi Mola sosial media hesabında ona verilən sualları cavablandırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ezgi “Ailə quracağın adam Enislə danışmağına razı olmasa nə edərsən” sualına verdiyi cavabla gündəmə gəlib:
“Böyük danışmaq istəmirəm. Amma normal biri ilə ailə quracam. Kiminsə Enisi sevməməsi üçün problemli olması lazımdır. Elə birini seçəcəyimi düşünmürəm”.

Qeyd edək ki, Enis Arıkan aktyordur və Ezgi ilə uzun müddətdir dostluq edirlər.