Ucarda rayonunda yanğın qeydə alınıb.

Unikal.org trend-ə istinadən bildirir ki, rayonun Qazıqumlaq kəndində ümumi sahəsi 30 m² olan qazanxananın çardağının yanar konsturksiyaları və yaxınlıqda məişət tullantıları 5 m² sahədə yanıb.

Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.