Aktrisa Binnur Kaya xəstəxanaya yerləşdirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Binnur əməliyyat olunub. Məlumata görə, onun əməliyyat olunmasına səbəb Tiroid (ZOB) xəstəliyindən əziyyət çəkməsidir. 

B.Kayanın həkimi aktrisa haqda açıqlamasında vəziyyətinin yaxşı olduğunu və tezliklə sağalacağını bildirib.