Şəki rayonunda mal-qara otaran 31 yaşlı kişini maşın vurub.

Unikal.org-un report-a istinadən məlumatına görə, rayonun 1987-ci il təvəllüdlü Aran kənd sakini Məhərrəmov İlyas Tərvaz oğlu sağ baldır sümüyünün yerdəyişən sınığı xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı İ.Məhərrəmov kəndin inzibati ərazisində yol kənarında mal-qara otaran zaman minik maşını tərəfindən vurulduğunu bildirib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.