Şah İsmayıl Xətai prospektində "VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Unikal.org-un report-a istinadən məlumatına görə, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər Gəncə şəhər Abbas Səhət adına 1 saylı Xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Həmçinin daha 2 nəfər yaralı halda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan, "VAZ-21011" markalı avtomobilin sürücüsünün vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı, "VAZ-2107" markalı avtomobilin sürücüsü olduğu bildirilən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun Alıyevin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.