Serbiyada hakimiyyət əleyhinə kütləvi etirazlar davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Belqradda keçirilən aksiyalarda minlərlə insan iştirak edib. Etirazçılar mərkəzi küçələrlə hərəkət edərək hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. 

Növbəti aksiyaların yanvarın 10-da Kurşumliya, yanvarın 11-də Niş, yanvarın 25-də isə Novi-Sade şəhərlərində keçiriləcəyi elan edilib.