ABŞ-ın keçmiş müdafiə naziri Harold Braun 92 yaşında dünyasını dəyişib.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqonun sabiq rəhbərinin ölüm səbəbi xərçəng xəstəliyidir. O, həyatının son günlərini Kaliforniya əyalətinin Santa Fe şəhərindəki evində keçiridi.

Harold Braun 1977-ci ildən 1981-ci ilə qədər ABŞ-ın müdafiə naziri olub. Broun Amerikanın Çin Xalq Respublikasına gedən ilk müdafiə naziri idi. Onun Pentaqonun rəhbəri vəzifəsini icra etdiyi dövrdə ABŞ və Sovet İttifaqı arasındakı əlaqələr “soyuq müharibə” çərçivəsində pisləşmişdi.