Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ay Rusiyaya səfər edəcək.

Unikal.org  "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib.

Xatırladaq ki, ötən il dekabr ayının sonlarında Türkiyə Prezidenti yaxın günlərdə Moskvaya səfər edəcəyini və rusiyalı həmkarı ilə görüşərək Suriyadakı vəziyyəti müzakirə edəcəyini bildirmişdi.