Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə qəza Binəqədi-Fatmayi yolunda qeydə alınıb. Belə ki, evakuator sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində evakuatorun üzərində   olan  "Qazel" markalı yük avtomobili  aşıb. Avtobusun sürücü ağır yaralanaraq  təcili tibbi yardımın köməyi ilə yaxınlıqdakı tibbi məntəqəsinə aparılıb.

 Yolda tıxac  yaranıb. 

Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu