Ukraynanın Xarkov şəhərində təhsil alan 22 yaşlı iki tələbəni öldürən şəxsin yazdığı məktub üzə çıxıb. 

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Buket Yıldız və Zeynəb Hüsünbəyi qətlə yetirən Hüsnü Canın atasının məzarı üstünə qoyduğu məktubda nə yazdığı açıqlanıb.

Məlumata görə, polisə ifadəsində keçmiş sevgilisi Buketi barışmaq təklifini qəbul etmədiyi üçün öldürdüyünü deyən Hüsnü evdəki kompüterləri cinayəti oğurluq hadisəsi kimi qələmə vermək üçün apardığını deyib.

Atasının məzarı başında tutulan cani yazdığı məktubda isə “Dünyada ədalət yoxdur. Həbs versəniz də, mən öz cəzamı hər gün çəkirəm” yazıb.