ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması barədə açıqlama verib.
Unikal.org xəbər verir ki, Tramp bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib. 

"Əsgərlərimiz Suriyadan çıxarılacaq. Amma mən heç vaxt belə söz deməmişəm ki, bu, tezliklə olacaq", - ABŞ prezidenti vurğulayıb. 

Qeyd edək ki, Donald Trampın qoşunların Suriya ərazisindən tam çıxarılması üçün 4 ay vaxt verməyə razılaşdığı barədə xarici KİV-lərdə xəbərlər yayılıb.