Məşhurlar üzdə nə qədər xoşbəxt və sağlam görünsələr də, amma bir çoxları heç kimin bilmədiyi xəstəliklərdən əziyyət çəkirlər.

Unikal.org Türkiyə mətbuatına istinadən məşhurların bilmədiyiniz xəstəlikləri haqqında məlumat verir:

Aktrisa Aslı Enver - "disleksiya" (beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir).

Sərdar Ortaç - "Dağınıq skleroz" (sinir sisteminin iltihabi xəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur). 

Beyazıt Öztürk – şoumenin boğazındakı badamcıqlar böyük olduğundan daim həkim nəzarətindədir.

Hazal Kaya – dırnaq yeyir. Bununla uzun müddət mübarizə aparsa da, amma hələ də bu vərdiş onda qalmaqdadır.

Məryəm Üzerli -  özünəqapanma sindromundan əziyyət çəkib. 

Seda Sayan – qalxanabənzər vəzi xəstəliyinə görə, müalicə alır. Amma hələ də çarəsini tapmayıb. Müğənni ac qala bilmir. Ac qaldığı zaman başı fırlanır, özünü rahatsız hiss edir.