Şanlıurfada dəhşətli qəza baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfanın Suruç mahalında şagirdləri daşıyan servis avtobusu ilə tikinti şirkətinə məxsus işçi qurupunu daşıyan avtomobil toqquşub. Qəzada 2 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.

Əraziyə çoxsayda təcili yardım maşınları və xilasedicilər göndərilib.