Adanada 16 yaşındaykən dayısının 14 yaşlı oğlu ilə, 17 yaşında isə bibisinin nəvəsiylə nişanlandırılan qızdan 4 gündür xəbər yoxdur. Qızın anası Gülay Hançer "Qızımın həyatından narahatam. Onun öldürülərək bir kəara atılacağılndan qorxuram" deyib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Seyhan mahalındakı Gürselpaşa Məhəlləsində meydana gəlib.
İddiaya görə, yanvarın 3-də peşə liseyində 2-ci kurs tələbəsi olan gənc qız evdən çıxıb dərsə gedib. Həmin gündən etibarən G.H-nin ailəsi ondan xəbər ala bilməyib. 

G.H-nin anası Gülay ilə atası Mehmet Hançer polisə gedərək qızlarının itkin düşdüyünü və tapılması üçün müraciət edib. Ana Gülay Hançer sözlərinə belə davam edib: "Qızımı 2016-cı ildə 16 yaşındaykən qardaşimin 14 yaşındakı oğlu ilə nişanlandırdıq. Bir müddət sonra onun yaşı kiçidir deyə qızım istəmədi. Ondan sonra da 2017-ci ildə qızımı bibisinin nəvəsi ilə nişanladıq. Qızımın başqasına, tanımadığım birinə getməsini istəmədim. Amma onlar da ayrılan zaman bu dəfə oxuması üçün yenidən məktəbə yazdırdım”. 

Qızın atası 45 yaşlı Mehmet Hançer isə qızının əvvələr də evdın qaçdığını deyib:

“Qızım əvvəllər də evdən qaçmışdı. Ancaq birlikdə qaçdığı oğlanı tez tapıb tapıb qızımızı evə gətirdik. Bu dəfə getdiyi gündən 4 gün keçib. Hələ qızımdan xəbər yoxdur. Onun həyatından narahatıq. Qızım yaşasaydı mütləq hansısa bir şəkildə tapardıq. Onun öldürülüb bir yerə atılmasından qorxuram. İtkin düşdükdən sonra cəsədi tapılan qızlar kimi olmasını istəmirəm. Qızım məni izləyirsə evinə qayıtsın, onu çox sevirik”. 

Hazırda ailəsi və polis hər yerdə 17 yaşlı qızı axtarır.