Əslən brazilyalı olan  24 yaşlı “YouTube” ulduzu Yulia Zelq sentyabrda  görüşüb tanış olduğu 61 yaşlı Eileen de Freestlə sevgili olduğunu açıqlamışdı.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, biseksual cütlük artıq evlilik hazırlığı edir. 

Belə ki, 24 yaşlı youtuber bayram günü 61 yaşlı sevgilisinə surpriz şəkildə evlənmə təklif edib.  
5 ay əvvəl tanış olan cütlük evlilik qərarlarının tələsik olduqlarını etiraf ediblər və sözlərinə belə davam ediblər:
“Biz düşünmədən hərəkət etmirik, hər şey haqqında danışdıq. Birlikdə yaşamaq üçün yaxşı səbəblər var. Və ikimiz də həqiqətən xoşbəxtik”.

Yulia Zelq 61 yaşlı Eileen de Freest qarşısında diz çökərək təklifini edib. Cütlük onlara qarşı olan reaksiyaları vericnə almadan münasibətlərini davam etdirirlər.