Türkiyənin Ərzurum rayonunda arxalarınca danışdıqları iddiasıyla dağ ətəyinə apardıqları iki qızı dəqiqələrlə döyüb başlarını yerə vuran, sonra bıçaqla qorxudaraq soyundurub təcavüz edən 4 şübhəlinin həmin kadrları yayılıb.

Unikal.org Haberler-ə istinadən xəbər verir ki, B.Y. (17) və C.Ç.-nin (24) başlarına açdıqları "oyunu" kameraya çəkən şübhəlilər tutulublar. Hər 4 təqsirləndirilən şəxs - Ahmet D. (18), Eren S. (24) ilə qız tanışları Sevcan B. (20) və Sercan U.-nun (19) 6 ildən 55 ilə qədər həbsi tələb edilib.

İki qızın o dəhşətli kadrları məhkəmə salonunda dəhşət içərisində izlənilib.