Odessanın İzmail rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Unikal.org xəbər verir ki, fərdi mənzillərdən birində ev sahibi, iki kişi və bir qadının üzərlərində zorakılıq əlamətləri olan meyitləri tapılıb. 

Polis cinayəti törədən şəxsi saxlayıb. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal edilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.