Son vaxtlar “Selta”da intizamsız hərəkətləri ilə diqqət çəkən Əmrə Morla bağlı açıqlama verilib.

Uniakl.org xarici mətbuata istinadən xəbər verir ki, son olaraq Dubayda tətildə olduğu üçün məşqlərdə iştirak etmədiyi iddia edilən türk futbolçu ilə bağlı danışan “Selta”nın baş məşqçisi Migel Kardoso, deyilənləri yalanlayıb:

“Yeni il gecəsi Əmrədən xəstə olduğu ilə bağlı mesaj aldım. Səhər saatlarında da evinə həkim getmişdi. Sizi bu mövzuda əmin edə bilərəm. Mən səhər həkimlə danışarkən, Əmrə evdə idi.

Onun deyilən hərəkətləri etməsi mümkünsüzdür. Çünki belə hal olarsa, məşqlərdə iştirak etməsinə heç vaxt icazə vermərəm, o, mənim üçün ölmüş olar”.

21 yaşlı futbolçu, bu mövsüm “Selta”nın heyətində 9 oyunda iştirak edib.