Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı Əli Mutlu vəfat edib.

Unikal.org "Hürriyet"ə istinadən xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib.

Təqaüddə olan polis zabiti Ə.Mutlu bir müddət ağciyərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkirmiş və xəstəxanada müalicə olunurmuş. O, xəstəxanada vəfat edib. 

Yanvarın 8-də Piyalepaşa məscidində Ə.Mutlunun cənazə namazı qılınacaq. R.T.Ərdoğanın dayısı doğulduğu Rizə şəhərində dəfn olunacaq.  

Qeyd edək ki, Əli Mutlu R.T.Ərdoğanın sağ olan sonuncu dayısı idi. Onun 5 övladı var.