“Real” ciddi itkiylə üzləşib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi Toni Kroos zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Alman futbolçunun sol ayaq əzələsində ağrıların olduğu və 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Kroos cari mövsümdə 23 qarşılaşmada iştirak edərək, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.