Yanvarın 8-də axşam saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistralda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsünün naməlum səbəbdən idarəetməni itirməsi nəticəsində maşın maneəyə çırpılıb. Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(azertac)