Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

xxx

Bakı şəhərində bir nəfər şəxs intihara cəhd edir.

Unikal.org-un məlumatına  görə bu dəqiqələrdə  1 nəfər şəxs Bakı şəhərinin Nizami rayonunda "Neftçilər" metrosu yaxınlığında  "MacDonalds" yerləşən binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 Polis və FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla psixoloji söhbətlər aparılır və onu intihar fikrindən daşındırmağa çalışırlar.

Famil Fərhadoğlu