Bakı şəhərinin Yasamal rayonunda yanğın olub. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri 27 p.m və pilləkən qəfəsində quraşdırılmış 50 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 33 nəfər, o cümlədən 8 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.