İngiltərə yaşayan 35 yaşlı əmlakçı Ris Vittok 34 yaşlı şahzadə Harriyə bənzərliyi ilə diqqət çəkir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu bənzərlik Risə sərvət qazandırır.

İllər öncə yaxınlarının Harriyə bənzədilməsi ilə aktyorluq agentliyinə yazılan Vittoka 6 il sonra təkliflər gəlməyə başlayıb. Belə ki, aktrisa Meqan Marklla ailə qurduqdan sonra daha çox məşhurlaşan şahzadəyə bənzəyən Ris milyarder partilərinə, açılışlara və lüks əyləncələrə dəvət edilir. O, bir saata min sterlinq qonorar alır.

Özünə Şahzadə Harrinin bənzəri (Theprinceharrylookalike) adlı İnstaqram hesabı açan Vittok orada bir çox şəkillər paylaşaraq izləyici sayını günü-gündən artırır. Daha çox pul qazanmaq üçün o, özünə hətta Meqana bənzər sevgili də tapıb.