İranın Şərqi Azərbaycan ostanının Vərzəgan şəhərində hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində avtomobildə qanunsuz şəkildə daşınan 500 kq ağırlığında qızıl tapılıb. 

Unikal.org xəbər verir ki, bu barədə İranın Vərzəgan polis şöbəsinin rəisi Qasım Nəsəri yerli mediaya açıqlamasında deyib.

O bidirib ki, qaya böyüklüyündə işlənməmiş qızılı daşıyan sürücü saxlanılıb.