Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər etməyi planlaşdırır.

Unikal.org xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Prezidentinin mətbuat katibi Corc Çaramba məlumat verib.

Qeyd olunur ki, E.Mnanqaqva həmçinin Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

Prezidentin mətbuat katibi bildirib ki, Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir.