Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bu gün Moskvada keçirilən "Qırmızı sahə" adlı kitab festivalından prezident Vladimir Putinə pələnglərə dair kitab alıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, İvanov piştaxtada "Pələnglərin qlobal təşəbbüsü" adlı kitabı götürərək satıcıya "Mən bunu pələnglərin əsas müdafiəçisinə almaq istəyirəm. Siz onun kim olduğunu bilirsiniz?" deyə soruşub.

Qeyd edək ki, "Qırmızı sahə" kitab festivalı iyunun 6-na qədər davam edəcək.