Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan “Phoenix” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Sabirabad rayonunun Yolçubəyli kənd sakini Umudvar Bayramov da müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.