Bu gün səhər saatlarında Fransada havaya qalxdıqdan az sonra radarlardan itən “Mirage2000” tipli qırıcı təyyarəsinin parçaları aşkar edilib.

Unikal.org  xarici mətbuata  istinadən xəbər verir ki, qalıqlar ölkənin şərqindəki Duq və Yura departamentləri arasındakı sərhədə yaxın ərazidə tapılıb. 

Xilasedicilər təyyarə parçaları ilə yanaşı, paraşüt və xəritə də aşkarlayıblar. Təyyarənin iki nəfər heyət üzvünün axtarışları davam edir. 

Axtarışlara helikopter də cəlb edilib.