Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.

Yanğının başvermə səbəbləri araşdırılır.