"Beşiktaş"ın mövsümün əvvəlində Çinə satdığı Dusko Tosiçin cazibədar həyat yoldaşı Yelena Karleusa paylaşımı ilə klubun azarkeşlərini həyəcanlandırıb. Unikal.org xəbər verir ki, o bu paylaşımı İstanbulda edib. 

 “Twitter” hesaından foto paylaşan Karleusa "Yenge come to Beşiktaş" (Gəlin "Beşiktaş"a qayıdır) rəyini yazıb. Bu paylaşım “Beşiktaş”lı fanatların marağına səbəb olub və çoxsayda bəyəni alıb.  

Futbolçunun həyat yoldaşının transfer dönəmində İstanbula gəlməsi ağıllarda sual işarə yaradıbb.  
Qeyd edək ki, “Beşiktaş” mövsüm əvvəli Dusko Tosiçi  5 milyon avroya Çinə satmışdı. Serb oyunçu, Çində xoşbəxt olmadığını ifadə edərək Beşiktaşa "məni alın" mesajını vermişdi.