Ağdam Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olunub.
Unikal.org Report-a istinadən xəbər verir ki, aktyor hazırda palataya köçürülüb. Aktyorun ürəyinə 4 stent qoyulub. İndi onun vəziyyəti yaxşıdır.
Onun sözlərinə görə, ürəyinin 4 damarı tutulubmuş: "Ürəyimdə ciddi problem yaranmışdı. Bir neçə il əvvəl ürəyimə stent qoyulmuşdu. Sonuncu müayinə zamanı məlum oldu ki, ürəyimin 4 damarı tutulub. Bu səbəbdən əməliyyat olundum. Şəkər xəstəsi olduğumdan, əməliyyat riskli idi. Allaha çox şükür ki, hər şey uğurlu keçdi".
O, sabah evə buraxılacaq.
Xatırladaq ki, Sərvər Əliyev 2015-ci ildə əməkdar artist fəxri adını alıb. 2016-cı il mayın 6-da Prezident mükafatına layiq görülüb.