İzmirdə qadın xəstələrin məhrəm görüntülərini internet saytlarında yaymaqda ittiham olunan həkim saxlanılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dokuz Eylül Universitetinin (DEU) Tibb Fakültəsinə məxsus bir klinikada çalışdığı deyilən həkim E.B.Ç. xəstəsinin polisə şikayəti ilə tutulub.

 Xəstənin bildirdiyinə görə müayinə zamanı həkim onun görüntülərini gizli şəkildə çəkərək internet saytlarda yayıb. 

4 saata yaxın ifadə verən həkim daha sonra həbs tələbiylə məhkəməyə sövq edilib. Məhkəmə qarşısına çıxarılan həkim E. B. Ç sərbəst buraxılıb. Ona şərti cəza kəsilib. 

İzmir Təhlükəsizlik Müdirliyi Siber cinayətlərlə Mübarizə Şöbəsinə aparılan E.B.Ç-nin kompüteri və mobil telefonu da araşdırılır.

DEU Tibb Fakültəsinin  Qadın Xəstəlikləri və Ginekologiya bölmündə olan bütün təhlükəsizlik kameralarına baxış keçirilib, həmçinin oranın bütün işçi heyətinin ifadəsi alınıb.