Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Prezident Külliyəsi  "2018 il üçün Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi Mükafatları" mərasimində iştirak edib.

Unikal.org xəbər verir ki, tədbirdə Onqan Üsküdar Musiqi Cəmiyyətinin sədri,bəstəkar, müğənni Amir Ateş Türk sənət musiqisindən bir parça səsləndirib.

O, musiqi səsləndirdikdən sonra səhnəni tərk etmək istəyib. Bu zaman Ərdoğan usta sənətçidən yenidən bir parça musiqi səsləndirməsini istəyib. Ərdoğanın istəyi ilə yenidən oxuyan müğənni, alqışlarla qarşılanıb. Musiqini ifa etdikdən sonra Ərdoğan Atəşə təşəkkür etdi.