25 İyun 2019
24 İyun 2019
Bakıda DƏHŞƏT: Əsəb xəstəsi anasını bıçaqladı
Bakıda DƏHŞƏT:Əsəb xəstəsi anasını bıçaqladı KRİMİNAL 17:15 2019-01-10

Bakıda ruhi əsəb xəstəsi anasını bıçaqlayıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Xocasən qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü ruhi əsəb xəstəsi Rüstəmov Vaqif Elşən oğlu yaşadığı evdə anası, 1973-cü il təvəllüdlü Əliyeva Sevinc Vaqif qızı ilə mübahisə edib.

Mübahisə zamanı V.Rüstəmov S.Əliyevanı bıçaqlayıb.

Yaralı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.