25 İyun 2019
24 İyun 2019
Nazpərinin Zahidin ailəsinə etdiyi bu hərəkət hamını şoka saldı - VİDEO
Nazpərinin Zahidin ailəsinə etdiyi bu hərəkət hamını şoka saldı -VİDEO VİDEO 20:56 2019-01-10

Xalq artisti Nazpəri Dostəliyeva mərhum klanet ifaçısı Zahid Sabirabadlının ailəsinə kömək edib.

Unikal.org xəbər verir ki, “Bizimləsən” verilişinə qatılan musiqiçinin xanımı Leyli evinin ipoteka krediti üçün kömək istəyib. 

Buna biganə qalmayan N.Dostaliyeva proqrama Zahidin xanımına 5 min manat pul göndərib. Pulu studiyaya xalq artistinin adını daşıdığı nəvəsi Nazpəri gətirib.

Bu barədə məlumat verən verilişin aparıcısı Zaur Baxşəliyev xəbəri eşitdikdə şoka düşdüyünü deyib. Leyli isə Zahidin ölümünün ən çox N.Dostəliyevaya təsir etdiyini və həmişəki kimi onun böyüklük göstərdiyini vurğulayıb.

Qeyd edək ki, ötən gün müğənni Səidə Sultanda proqrada mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinin çətin vəziyyətdən danışıb. Göz yaşlarına hakim ola bilməyən Səidə həmkarlarına səslənərək, mərhumun ailəsinə dəstək olmağa çağırıb.